Ölkə futbolu

“Qarabağ”ın “vuran ayağı” Avropada 14-cü oldu

Dünən keçirilən "Sevilya"-"Benfika" oyunu ilə Avroliqada 2013-2014 mövsümünə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, geridə qalan mövsümdə turnirin bombardirlərinin siyahısı müəyyənləşib.

Bu siyahıda "Qarabağ"ın futbolçusu Reynaldo Silva da yer alıb. Təsnifat mərhələsində 5 qolla yadda qalan brazilyalı futbolçu həmin siyahıda 14-cü olub.

Siyahıya "Zalsburq" klubunun futbolçusu Adrian Soriano liderlik edir. Onun aktivində 11 qol var. 8 qolla "Trabzonspor"un forvardı Paulo Enrike 2-ci yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43