Premyer Liqa

“Qarabağ”la oyunun ən yaxşısı müəyyənəşdi – VİDEO

Filip Ozobiç “Qarabağ”la matçda “Qəbələ”nin heyətində ən yaxşı oyunçu seçilib.

Idmanxeber.com-un məlumatına görə, bu nəticə azarkeşlər arasında keçirilmiş sorğudan sonra ortaya çıxıb. Klubun feysbuk səhifəsində keçirilmiş sorğuda ən çox səsi xorvatiyalı toplayıb – 62%. Onu 25%-lə qapıçı Dmitri Bezotosnı izləyib.

Sonrakı yerləri isə Voyslav Stankoviç (8%) və Nika Kvekveskiri (5%) tutub.

Qeyd edək ki, Qəbələ şəhər stadionunda baş tutan görüşdə meydan sahibləri 2:0 hesablı qələbəyə sevinmiş, qollardan birinə Ozobiç imza atmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43