Premyer Liqanın sonuncu – XXXVI turu çərçivəsində mayın 28-də öz meydanında “Bakı” ilə qarşılaşacaq “Qəbələ” hazırlıqlarını davam etdirir.
İdmanxeber.com-un məlumatına görə, XXXIV turun mayın 16-da Qəbələdə “İnter”lə keçirilən oyunundan (1:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” gündə bir dəfə məşq keçməklə növbəti oyuna hazırlaşır. Məşq prosesində yalnız zədədən sonra müalicə olunan Dodo iştirak etmir.