Kateqoriyasız

Rasim Ramaldanov: “Əgər “Xəzər Lənkəran” mənə müqavilə təklif etsə, baxacam”

“Komandadan ayrılıb-ayrılmayacağım bəlli deyil. Hələ heç nə yoxdu. Fikrimi yöəltmişəm qarşıdakı iki oyuna və məşqlərimə”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”dan böyük ehtimalla ayrılacaq Rasim Ramaldanov deyib.

Təcrübəli futbolçu ona təkliflərin olduğunu da gizlətməyib:

“Təklif var. Ancaq yenə deyirəm mən “Xəzər Lənkəran”ın futbolçusuyam. Klubdan da kimsə mənimlə bu mövzuda söhbət etməyib. Əgər “Xəzər Lənkəran” mənə müqavilə təklif etsə iddiasına baxacam. Ancaq mən istəyirəm ki, çıxış edəcəyim komanda iddialı olsun. Ola bilər xarici klublarda da çıxış edim. Komandanın vəziyyətinə baxım, buna uyğun davranacam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43