24 Yanvar 2022
İdman

“Qəbələ” “Trabzonspor”a məğlub oldu

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Daraseliya turnirinə yekun vurulub.

İdmanxeber.com-un məlumatına görə, yarışın son günündə həlledici qarşılaşmalar keçirilib. “Qəbələ”nin 16 yaşadək futbolçulardan ibarət komandası 5-ci yer uğrunda oyunda Türkiyənin “Trabzonspor” klubu ilə görüşüb.

“Qırmızı-qaralar” bu qarşılaşmada 1:3 hesabı ilə məğlub olub. “Qəbələ”nin qoluna Təbriz İsazadə imza atıb. Beləliklə, Şəhruz Mustafayevin baş məşqçisi olduğu komanda turniri 6-cı yerdə başa vurub.

Yarışın qalibi isə Kiyev “Dinamo”su olub. Ukrayna təmsilçisi finalda Hollandiya “Alkmaar”ını məğlub edib – 1:1, pen. 4:2. 3-cü yer uğrunda matçda Belçika “Gent”i İtaliya “İnter”indən güclü olub – 0:0, pen. 5:4. 7-ci yer uğrunda matçda isə Tiflis “Dinamo”su Zaqreb “Dinamo”suna 3:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Mustafi: “Arsenal”ın üslubu ispan futboluna daha çox bənzəyir”

admin

Ramil Şeydayevin “Mattersburq”a keçidi buna görə alınmadı

admin

Messi cərimə zərbəsindən mükəmməl qol vurdu, “Barsa” xal itirdi – VİDEO

admin