Premyer Liqa

“Qəbələ”də daha bir itki

Azərbaycan Premyer Liqasının XXII turunda bu gün “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” daha bir problemlə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, bu dəfə Rəşad Sadiqov sıradan çıxıb. Təcrübəli futbolçu son məşqdə zədələndiyindən bakılılarla matçı buraxmalı olacaq.

Bu isə o deməkdi ki, qonaqlar müdafiənin mərkəzində ciddi problemlər yaşaya bilər. Belə ki, Roman Qriqorçuk Vitali Vernidub, Rasim Ramaldanovun yoxluğunda Sadiqova mərkəzdə şans verirdi.

Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43