İdman

“Qəbələ”dən ayrılan futbolçu Hollandiya çempionatında – FOTO

Hollandiyalı futbolçu Deyv Bultuis “Qəbələ”dən ayrılıb.

İdmanxeber.com-un məlumatına görə, 27 yaşlı müdafiəçi karyerasını ölkəsində – “Herenven” klubunda  davam etdirəcək.

O, yeni klubu ilə 2,5 illik sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı xəbər yayıb.

Qeyd edək ki, “Qəbələ” bu transfer üçün Hollandiya klubundan 300 min avro tələb etmişdi. 

Xatırladaq ki, D.Bultuis yayda  Almaniyanın “Nürnberq” klubundan “Qəbələ”yə transfer olunmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43