Ölkə futbolu

“Qəbələ”nin futbolçusu: “Sevincdən hara qaçacağımı bilmirdim”

“Mənim üçün çox yaddaqalan oyun oldu. Qalib gəldik, ilk qolu vurmaq nəhayət ki, qismət oldu. Müdafiədə oynadığıma görə çox irəli çıxmaq, qol epizodlarında yer almaq imkanım olmur. Amma bu dəfə irəli çıxdım və Subotiçdən gözəl ötürmə aldım. Yekun zərbəm dəqiq alındı”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin müdafiəçisi Ürfan Abbasov klubun rəsmi saytına açıqlamasında deyib.

“Rəvan”la görüşdə fərqlənən gənc futbolçu vurduğu qolu belə şərh edib: “Qoldan sonra çox sevindim, hətta hara qaçacağımı da bilmirdim. Mənim üçün çox həzzverici və həyəcanlı an idi. İnanıram ki, gələcək oyunlarda da belə şanslar yaxalayıb komandama kömək edəcəyəm”.

Qeyd edək ki, Ürfan Abbasov “Qəbələ”də keçirdiyi 63-cü oyununda ilk qolunu vurub. Premyer Liqanın XXXI turu çərçivəsində keçirilən “Rəvan” – “Qəbələ” matçında (2:1) fərqlənən müdafiəçi rəqib qapısına yol tapan 84-cü futbolçu kimi klub tarixinə düşüb. Abbasov Premyer Liqada fərqlənən 62-ci “Qəbələ”lidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43