İdman

“Qəbələ”nin oyununun başlama saatı açıqlandı

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ”nin “Rabotniçki” ilə keçirəcəyi yoxlama görüşünün başlama saatı müəyyənləşib.

İdmanxeber.com-un Makedoniya klubunun saytına istinadən yaydığı xəbərə görə, matç sabah  Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, “Qəbələ” bundan əvvəl yoxlama görüşlərində “Akhisar”la (Türkiyə) bərabərə (1:1) qalıb, “Sürix”ə (İsveçrə) uduzub (0:1).


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43