“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində “Marsel”lə oyunundakı hərəkəti dünyanın tanınmış mətbu orqanlarında tirajlanıb.
İdmanxeber.az-ın məlumatına görə, “The Sun”, “Marca” və “RMC Sport” kimi nəşrlər 50 yaşlı mütəxəssisin qaydalar çərçivəsində vurulmayan qolu ləğv etdirməsi haqda bunları yazıb:
“The Sun” “Heyrətamiz an: “Qarabağ”ın hücumçusu Vadjinin əl ilə vurduğu qol baş məşqçinin etirafından sonra ləğv olundu”.
“Marca”: “Turnirdə VAR olmasa da, Qurbanovun müdaxiləsindən sonra qolun qaydalar çərçivəsində vurulmadığı bildirilib”.
“RMC Sport”: “Təmiz oyun anı: Azərbaycan klubunun qolu öz tələbi ilə ləğv edildi”.