Milli komanda

Qurban Qurbanov: “Oyunun sonunda Mahir Mədətov ağlayırdı”

Malta oyununun ardında Qurbaon Qurbanov mətbuat konfransı keçirib.

“Futbolçularıma təşəkkür edirəm. Qalib gəlməsək də, meydanda yaxşı oyun oynadılar. Çox sayıda qol epizodu oldu. Ancaq təəssüf ki, istifadə edə bilmədik. Belə oyundan sonra məğlub olsaydıq belə futbolçularımdan razı qalacaqdım”.

-Qələbə nə üçün nə çatmadı ?

-Qol çatmadı. Hər şeyi etdik, onu bacara bilmədik.

-Farer adalarından sonra həmin heyəti buraxmağınız nə dərəcə düzgündür ?

-Ötən turdan cəmi bir oyunçu dəyişməyi düşünürdüm. O da Təmkin idi. Sadəcə onun səhhətində problem var idi. Ona görə biraz ehtiyatlı davrandıq. Ancaq hər şeyə rəğmən yaxşı oyun göstərdik. Sıx qrafik olduğu doğrudur, amma oyunçular buna öyrəşirlər.

-Oyunun sonunda oyunçuların yorğun olduğu hiss olunurdu. Niyə sonuncu dəyişikliyi etmədiniz ?

-Futbolçularda yorğunluq olur. Ancaq ötən dəfə demişdim ki, məni  səfərə getməyimiz yox, yenidən qayıdıb meydana çıxmağımız narahat edirdi. Belə hallarda çox dəyişiklik etdikdə hər zaman faydalı olmur. Çünki oyun boyu hücumda oynamışıq.

-Rəqib baş məşqçi Azərabaycan fantastik komandadı dedi. Sizcə, bu kinayə ilə deyilmiş fikirdi ?

-O sözə müxtəlif reaksiyalar vermək olar. Bugünkü oyuna görə bizim üçün yaxşı fikirlər söylənməsi normaldı.

-Hazırda kapitan Kamran Ağayevdir. O nə qədər buna layiqdir ? Bir də Mahir Mədətov çox tənqid olunur. Olmazdımı ki, onun yerinə Ruslan Qurbanovla başlayasınız ?

-Biz təcrübəyə daha çox önəm veririk. Kamran Komandanın əsas qapıçısıdır. Onun vaxtı ilə yaxşı oyunları olub. Bu gün səhvləri var idi. Onun yerinə Səlahəti qoymaq da olar. Ancaq belə oyunlarda təcrübəyə daha çox ehtiyac olunur. Mahirə həddindən artıq təzyiq var. Onun haqqında deyilənlərdən xəbərdaram. O hər iki oyunda da çox aktiv idi. Oyunçu qazanmaq lazımdır. Bizim futbolçuya ehtiyacımız var. O, soyunub-geyinmə otağında oturub ağlayırdı. Onun üzərində çox təzyiq var. Bu oyunçular nəticə üçün meydanda hər şeylərini qoyurlar. Onlara güvənmək lazımdı. Bu gün əlimizdə olan futbolçular bunlardır. Bəli, çatışmayan cəhətlərimiz həddindən artıq çoxdur. Ancaq bütün hallarda onlara ehtiyacımız var. Mən hər zaman onların yanındayam.

-Qarşıda iki oyun qalıb. Heyətdə indən sonra böyük dəyişiklik olmayacağı bəllidir. Sizcə qrupdan çıxmaq şansımız var ?

-Mən bu oyunçulara inanıram. Hər kəs təbii ki, bizdən yaxşı nəticə gözləyir. Ancaq bu bizim üçün son deyil. Bəzən gözlənilməz anlarda, başqa turnirlərdə daha yaxşı nəticə verirsən. Ola bilər ki, qarşıdakı oyunda daha da yaxşı olduq. Mənim istədiyim oyun bu komandada var. Biz növbəti oyunlara uduzmaq üçün çıxmırıq. Bəli, bu gün bizdə alınmadı. Ancaq təkrar edirəm, mən onlara güvənirəm.

-Oyunun sonunda futbolçuların fitə basılmasına reaksiyanız necə olar, normaldı ?

-Ola bilər, bunlara futbolda rast gəlmək olur. Onlara hər zaman hörmət edirk. Oyunumuza görə futbolçularım buna layiq deyildilər. Məncə bu gün oyunçulara irad bildirmək olmaz. Mən bunu etmədim.

-Qol imkanlarını boş verməyimiz oyunçuların peşekarsızlığından irəli gəlir ?

Avropdakı futbolçularla bizim oyunçuların ustalıq səviyyəsi fərqlidir. Hər şeyə rəğmən bu gün bir xal qazandıq. Mən onlara  qeyri-peşekar demək istəmirəm. Bu gün olmadısa, qarşıdakı oyunda mütləq olacaq.

-Premyer Liqada milliləşdirmək istədiyiniz oyunçu var ?

Yəqin ki, olsaydı bunu edərdik. Hələki belə bir fikrimiz yoxdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43