Dünya futbolu

Qvardiola təkzib etdi: “Qovulmadıqca burada çalışmağa davam edəcəm”

“Siti”nin baş məşqçisi Xosep Qvardiola “Yuventus”a keçəcəyi iddialarına aydınlıq gətirib.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis çıxan xəbərləri təkzib edib. O, Mançester təmsilçisi ilə çalışmağa davam edəcəyini bildirib:

“Mənim “Siti” ilə 2021-ə qədər  müqaviləm var. Qovulmadığım müddətcə burada çalışmağa davam edəcəm. Ola bilər ki, müqaviləm başa çatdıqdan sonra da “Siti”də qaldım. Burada uzun müddət çalışmaq istəyirəm”.

Qeyd edək ki, “Mançester Siti” son 11 oyunda 10 qələbə qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43