04 İyun 2026
Ölkə futbolu

Rəşad Sadıqov açıqladı: “Fənərbağça”dan təklif gəlib?

Bir müddətdi “Zirə”nin futbolçusu Salifi Sumanın “Fənərbağça”ya keçəcəyi iddia olunur.

İdmanxeber.az-ın məlumatına görə, bununla bağlı komandanın baş məşqçisi Rəşad Sadıqov açıqlama verib. O, iddialarla bağlı bunları deyib:

“Xeyr, “Fənərbağça”dan rəsmi təklif olmayıb. Yaxın zamanda bu keçid olmayacaq. Sumanın agentini dəvət etmişdik. Onunla görüşdük və müqaviləni uzatdıq. Vacib olan futbolçunun situasiyanı dəyərləndirməsidir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43