Premyer Liqanın X turu çərçivəsində “Zirə” səfərdə “Sabah”la qarşılaşıb və görüşdə heç-heçə qeydə alınıb – 3:3.
İdmanxeber.az-ın məlumatına görə, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Oyunu bir neçə hissəyə bölmək olar. İlk hissədə oyunumuzda bir balaca passivlik yarandı. Ona görə də, ilk hissədə üç qol buraxdıq. Rəqib qırmızı aldıqdan sonra rəqibin üzərinə yüklənə bildik. İlk hissədəki nəticəni nəzərə alsaq “Sabah” səfərində ki heç-heçə pis nəticə sayılmamalıdı.
-Sərtan Taşkının əvəzlənməsi.zəif oyunu ilə bağlı idi?
Xeyr. Hacıağa Hacılını meydana buraxmaq rəqib üzərində təzyiqi artırmaq üçün planlaşdırılmışdı.