Ölkə futbolu

RƏSMİ: Deyvid Sakkoni “Xəzər Lənkəran”da

Xəzər Lənkəran”  daha bir futbolçunu heyətinə cəlb etdi. Braziliyalı hücumameyilli yarımmüdafiəçi Deyvid Frank Silva Sakkoni bu gün komandanın sıralarına qoşuldu.
 
26 yaşlı futbolçu Braziliyanın A və B seriyalarında oynayan müxtəlif komandların heyətində çıxış edib. 3 il “Palmeiras”ın uğurları üçün çalışan Deyvid, sonradan “Qoias”, “Qremio”, “Nautiko” və son iş yeri olan “Branqantino” klubunun da formasını geyinib. 
 
Klubla Deyvid Sakkoni arasında bir illik müqavilə imzalanıb. 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43