Kateqoriyasız

Rail Məlikov oynadı, komandası cavabsız qollarla uduzdu

Türkiyə PTT 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin sabiq futbolçusu Rail Məlikovun şərəfini qoruduğu “Dənizlispor” öz meydanda “Antalyaspor”la üz-üzə gəlib və rəqibinə 0:2 hesabı ilə uduzub.

Məlikov start heyətində meydana çıxıb və əvəzlənməən meydanda olub.

Qeyd edək ki, “Dənizlispor” hazırda 21 xalla 17-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43