“Real” “Benfika”nın müdafiəçisi Alvaro Karrerasla razılığa gələ bilmir.
İdmanxeber.az-ın məlumatına görə, Madrid klubu 22 yaşlı ispan futbolçu üçün 35 milyon avro təklif edir. “Benfika” isə 50 milyon avro məbləğində çıxış haqqı tələb edir.
Karreras 2024/25 mövsümündə “Benfika”da 50 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2029-cu il 30 iyunda başa çatır.
Transfermarkt məlumatına görə, futbolçunun transfer qiyməti 35 milyon avrodur.

