İdman

“Real” Çempionlar Liqasının qalibidir! (YENİLƏNİB)

Bu gün Çempionlar Liqasında 2016/2017-ci il mövsümünün final görüşü keçiriləcək.

İdmanxeber.com-un məlumatına görə, Uelsin paytaxtı Kardiff şəhərində keçiriləcək final matçında "Real"la "Yuventus" üz-üzə gələcək.

İspaniya təmsilçisi ümumilikdə 11 dəfə Çempionlar Liqasının qalibi olaraq turniri ən çox qazanan komandadır.

“Yuventus” isə 2 dəfə ÇL-in qalibi olub, 6 dəfə finalda məğlubiyyət acısı yaşayıb. Sonuncu dəfə 21 il əvvəl kuboku qazanan “Qoca Sinyora” 2 il öncə finalda “Barselona”ya məğlub olmuşdu.

19 il əvvəl də ÇL-in finalı bu komandaların iştirakı ilə baş tutmuşdu və həmin vaxt Predraq Miyatoviçin yeganə qolu “Real”a 1:0 hesablı qələbə qazandırmışdı.

 

UEFA Çempionlar Liqası

Final

3 iyun

22:45. “Yuventus” (İtaliya) – “Real” (Madrid, İspaniya)  1:4
QOL: Kriştiano Ronaldo, 20 (0:1), 64 (1:3), Mario Mandzukiç, 27 (1:1), Kasemiro, 61 (1:2), Asensio, 90 (1:4)

Baş hakim: Feliks Brix (Almaniya)

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43