Dünya futbolu

“Real” Mbappe və Donnarumma ilə şifahi razılığa gəldi

“Real”  “Monako”nun hücumçusu Kilian Mbappe “Milan”ın qapıçısı Canluci Donnarumma  ilə şifahi razılığa gəlib.

Madrid klubunun prezidenti Florentino Peres sözügedən futbolçuların transfer məsələsini müzakirə etmək üçün baş məşqçi Zinəddin Zidanın istirahətdən qayıtmasını gözləyir.

“Real”ın Mbappe üçün 100-110 milyon, Donnarumma üçün isə 30-35 milyon avro ödəməyə hazır olduğu bildirilib.

Xatırladaq ki, Mbappenin transfer qiymətinin 130 milyon avro olduğu iddia edilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43