13 İyul 2026
Dünya futbolu

“Real”a iki qol vurdu, tarixə düşdü

“Arsenal”ın futbolçusu Deklan Rays UEFA Çempionlar Liqasının tarixinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, futbolçu “Real”la oyunda  cərimə zərbəsindən iki qol vurmaqla buna nail olub. O, bu oyuna qədər 1/4 finalın ilk duelində dubl edən Rivaldo, Kriştiano Ronaldo, Neymar və Hakim Ziyeşin uğurunu təkrarlamış olub. 

“Arsenal” “Real”ı Rays və Mikel Merinonun qolları sayəsində 3:0 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43