İdman

“Region Liqası”nda iştirak edəcək “Şəmkir” Türkiyədən məşqçi gətirdi

Peşəkar səviyyədə fəaliyyətini dayandıran “Şəmkir” futbol klubu bir dəfəlik tarixin yaddaşına qovuşmayacaq. 

İdmanxeber.com-un məlumatına görə, komanda həvəskarlar arasında keçiriləcək “Region Liqası”nda çıxış edəcək. Yeni yaradılan liqada əsasən I divizionda iştirak üçün müvafiq lisenziya tələblərini yerinə yetirə bilməyən komandalar mübarizə aparacaq. Amma “Şəmkir” lisenziyaya yox, sırf maliyyə çatışmazlığına görə aşağı dəstədə yarışa bilmədi. Rayonda futbolun ən azı həvəskar səviyyədə yaşaması üçün vəziyyətdən çıxış yolu  “Region Liqası”nda təmsil olunmaqda görülüb. Kəndlərarası Şəmkir çempionatının keçirilməsi də yeni yaradılan komanda üçün oyunçu seçiminə hesablanıb. 

“Region Liqası”na önəm verən qərb klubu, töhvələrindən yararlanması üçün üçün Türkiyədən mütəxəssis də dəvət edib. Söhbət hazırda “Konyaspor”da menecer vəzifəsini icra edən Cenk Özcandan gedir. Bu vaxtı ilə Aykut Kocaman, Mehmet Özdilek, Hikmət Karaman, Yılmaz Vural kimi məşqçilərlə çalışan Özcanın Şəmkirə ikinci səfəridi. Daha əvvəl 2015-ci ildə, “Şəmkir” I Divizionda çıxış edərkən Azərbaycana gələn 43 yaşlı futbol adamı komandaya öz məsləhətlərini vermişdi. 

Qeyd edək ki, Cenk Özcan Türkiyədə “Qalasataray”ın əvəzedici komandasını çalışdırıb, “Ankaragücü” və “Kasımpaşa” kimi klublarda məşqçi vəzifəsini icra edib.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43