İdman

Rəşad Sadıqov PAOK-a qarşı oynayacaq?

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sabahPAOK-la qarşılaşacaq “Qarabağ”da Rəşad Sadıqovun oynayıb-oynamayacağı sual altındadı.

İdmanxeber.com-un məlumatına görə, kapitan millinin heyətindən zədəli dönüb və baş məşqçi Qurban Qurbanov onu oynadıb-oynatmayacağı yönündə israr edir.

Ağdam klubunun çalışdırıcısı bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, zədədən əziyyət çəkən Sadıqov PAOK-la sabahkı oyuna tam hazır olmasa da, meydana çıxmaq ehtimalı var:

“Yüz faiz deyə bilmərəm ki, Rəşad sabah oynayacaq, ya yox. Millidən zədəli qayıtmışdı. Yalnız dünən komanda ilə məşq edib. Sabahkı oyuna tam hazır olmasa da, heyətdə itkilər olduğundan, ola bilsin ona şans verdim. Həkimlər onun ağrılarının aradan qaldırılması üçün əlindən gələni etməlidilər. Ola bilsin, risk etdim”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43