Ölkə futbolu

“Rəvan” üsyan edir: “Belə hakim Azərbaycan futbolu üçün qara ləkədir”

Dünən keçirilən 20-ci tur oyununda “Rəvan” doğma divarlar arasında “İnter”ə məğlub oldu. “Rəvan” hesab edir ki, bu məğlubiyyətdə baş hakim Rauf Cabbarovun böyük günahı var. Bununla bağlı idmanxeber.com-a açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Elvin Yaqubov bunları dedi:

"Rauf Cabbarov bütün komandanın əməyini heç etdi. Belə də hakimlik olar? Hakim meydana ədaləti qorumaq üçün çıxmalıdır, qərəzli idarəçilik üçün yox! O, oyunun əvvəlindən sonunadək əleyhimizə fitlə səsləndirdi. Səhv 1 olar, 2 olar… Bunlar sıralanırsa, deməli, qərəz var. Qərəzli hakimliklə uzatma dəqiqələrinə qədər heç-heçə hesabını qoruya bilsək də, 4-cü uzatma dəqiqəsində Cabbarov özündən uydurduğu penalti ilə 10 nəfərlə sona qədər döyüşən komandanın əziyyətini yerə vurdu. Hakimlik adına biabırçı səhnə idi. Bilirsiz, Cabbarovun idarə etdiyi bütün oyunlarda haqsızlıqla üzləşirik. O, birinci dəfə deyil ki, bizə qarşı belə edir. Belə hakim Azərbaycan futbolu üçün qara ləkədir. O heç ümumiyyətlə, hakim adını daşımağa da layiq deyil. Bu oyun bir daha göstərdi ki, onun yeri futbol meydanı deyil!

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43