08 İyul 2026
Dünya futbolu

Rodriqo “Real Madrid”dən ayrılır?

“Real Madrid”in braziliyalı ulduz futbolçusu Rodriqo bu yay klubdan ayrıla bilər.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı hücumçunun transferi uğrunda “Arsenal” və “Mançester Siti” mübarizəyə qoşulub.

Rodriqonun qiyməti 100 milyon avro olaraq müəyyənləşdirilib.

Qeyd edək ki, futbolçu ötən mövsüm 54 oyunda meydana çıxaraq 14 qol vurub və 10 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43