İdman

Roman Qriqorçuk: “Qarabağ” bizdən güclü komandadır”

Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” – “Sumqayıt” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.

İdmanxeber.com sizi ukraynalı mütəxəssisin fikirləri ilə tanış edir:

“Bu gün qalib gəlmək istəyirdik. Çünki strateji baxımdan qələbə çox lazım idi. Qarşıdakı çətin, gərgin qrafikli oyunlar, kubok görüşləri öncəsi qalib gəlsəydik, psixoloji cəhətdən də daha asan olardı. Lakin bu gün heç-heçə qeydə alındı. Oyunu analiz edəcəyik. Raziyam ki, “Qarabağ” bizdən güclü komandadır. Lakin biz də əlimizi yanımıza salmayıb, bu komandayla mübarizə aparmağa çalışırıq. Bu gün çox yaxşı, ideal oynadığımızı deyə bilmərəm. Bu, hücumda daha çox olmaq, ön xətdə güclü oynamaq, topa nəzarət etmək, rəqib qapısında kəskinlik yaratmaq deməkdir. Belə oyun olduğunu deyə bilməsəm də, futbolçularıma da iradım yoxdur. Matç zamanı da, əvvəl də görünürdü ki, oyunçular qarşılaşmaya ciddi yanaşır, çalışırlar. Hücumun sonluğunda daha güclü oynamalıyıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43