Dünya futbolu

Ronaldo gəldi, klub milyonlara açıldı

Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Nəsr”  Kristiano Ronaldo transferinin ardından daha çox diqqət mərkəzindədir.

İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı futbolçunun gəlişinin ardından klubun sosial şəbəkə hesablarında aktivlik xeyli artıb. “Əl-Nəsr”in  “twitter” hesabı yanvar ayında hərəkətliliyə görə üçüncü sıraya yüksəlib.

Klub sosial şəbəkə hesabının aktivliyinə görə hazırda “Barselona” və “Qalatasaray”dan geri qalır.

“Əl-Nəsr”in intstaqram hesabının isə hazırda 150 milyon izləyicisi var. Klub bu göstərici ilə dünyada ən çox izləyicisi olan dördüncü yerdə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43