Kateqoriyasız

Rüfət Dadaşov: “Xəyallarınızı yaşayın, onlar üçün mübarizə aparın” – Foto

Milli komandamızın hücumçusu Rüfət Dadaşov şəxsi instaqram hesabında “Şalke”nin əsas heyətində debüt etməsilə bağlı paylaşım edib.

Dadaşov Helzenkirhen klubunun əsas heyətindəki debütü haqda bunları yazıb:

“Son günlərdə yaşadıqlarım sadəcə inanılmazdı. 30 yaşında 2-ci Bundesliqada debüt etmək şansı qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə inanılmazdı. Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin U-23 heyətindəki komanda yoldaşlarıma da minnətdaram. Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!”.

Millimizin üzvü 2-ci Bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turda “Nürnberq”lə görüşlərdə meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43