Kanadanın “Toronto” klubunda çıxış edən “Napoli”nin sabiq hücumçusu Lorenso İnsinye A Seriyasına qayıda bilər.
İdmanxeber.az-ın məlumatına görə, 32 yaşlı futbolçu ilə “Latsio” maraqlanır. Oyunçunun özü də İtaliya çempionatına qayıtmağa hazırdır.
İnsinye 2022-ci ildən “Toronto”da çıxış edir. Hücumçunun müqaviləsi 2026-cı ilə qədərdir. O, bu mövsüm 20 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.

