Azərbaycan yığmasının keçmiş baş məşqçisi Canni De Byazi 2022-ci ildə Millətlər Liqasının qrup mərhələsində Slovakiya və Qazaxıstanla matçlara “Neftçi”nin futbolçusu Qara Qarayevi niyə dəvət etmədiyini açıqlayıb.
İtaliyalı mütəxəssis təcrübəli oyunçu ilə arasında yaranan gərginliyin niyə yarandığına aydınlıq gətirib.
De Byazi bununla bağlı həmin matçdakı görüntüləri də bizə təqdim edib. Təcrübəli məşqçi həmçinin qeyd edib ki, Qara Qarayev yığmaya niyə dəvət almadığını özü də bilir.(qafqazinfo.az)

