04 İyun 2026
Dünya futbolu

AVRO 2024: pley-off mərhələsinin püşkü atıldı

2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatına vəsiqə uğrunda pley-off mərhələsinin püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, A, B və C Yolunda üz-üzə gələcək komandalar bəlli olub.

A Yolunda Polşa – Estoniya, Uels – Finlandiya, B yolunda İsrail – İslandiya, Bosniya və Herseqovina – Ukrayna, C Yolunda Gürcüstan – Lüksemburq və Yunanıstan – Qazaxıstan görüşləri baş tutacaq.

Qeyd edək ki, qalib gələn komandalar finala vəsiqə qazanacaqlar. Yekunda sonuncu üç yerin sahibi bəlli olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43