“Nyukasl” “Everton”un forvardı Dominik Kelvert-Levini yaxından izləyir.
İdmanxeber.az-ın məlumatına görə, “sağsağanlar” gələn yay əsas forvard hədəfi 26 yaşlı hücumçu olacaq.
2 mövsümdür zədələrdən əziyyət çəkən Kelvert-Levin son oyunlar yenidən öz formasına qayıdıb. İngiltərəli forvard bu mövsüm 11 oyuna çıxıb və 4 qol vurub.

