Dünya futbolu

Sabiq “Qarabağ”lı Ronaldo ilə komanda yoldaşı ola bilər

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

İdmanxeber.az xəbər verir ki, bu barədə nüfuzlu “Sky Sports” nəşri məlumat yayıb. “Əl-Nəsr”in 36 yaşlı qapıçı üçün “Everton”a təklif göndərdiyi bildirilir.

Klub oyunçunu buraxmaq istəməsə də, tərəflər arasında növbəti dəfə danışıqların olacağı qeyd edilib.

Qeyd edək ki, portuqaliyalı uldzu futbolçu Kristiano Ronolda da “Əl-Nəsr”də çıxış edir. Beqoviç 2019-cu ildə icarə əsasında “Qarabağ”da forma geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43