Kateqoriyasız

Şahin Diniyev: “Liderlərlə xal fərqini minimuma endirmək istəyirik”

“Kubokda mübarizəni dayandırdıqdan sonra bütün diqqəti çempionat oyunlarına yönəltmişik. Premyer Liqaya tam ciddi yanaşmalı, xal itkisinə az yol verməliyik. “Rəvan” ciddi rəqibdir. Son oyunlarda göstərdiyi nəticələr bunu deməyə əsas verir. Maksimum nəticə üçün meydana çıxacağıq”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 16-cı turunda “Rəvan”la oyun öncəsi klubun saytına deyib.

O,  liderlərlə xal fərqini minimuma endirmək istədiklərini vurğulayıb:

“Bu səbəbdən bizim üçün vacib oyundur. Təəssüf ki, yenə itkimiz var. Şəhriyar Əliyev “Sumqayıt”la oyunda zədə aldığından qarşıdakı matçda bizə kömək edə bilməyəcək. Sevindirici odur ki, Tural Nərimanov zədəsini sağaldıb, Rəşad Eyyubovun isə cəzası qurtarıb. Amma deməzdim ki, onlar 100 faiz oyuna hazırdırlar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43