Kateqoriyasız

Salyanda idmançıları daşıyan avtobus aşdı, 1 nəfər öldü

Salyanda idman yarışına gedən gəncləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

İdmanxeber.az xəbər verir ki, nəticədə bir nəfər ölüb.

Hadisə Ələt-Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Şirvan şəhər sakini Samir Əhmədovun idarə etdiyi “Vita” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb. Hadisə nəticəsində 11 yaşlı idmançı İlkin Əhmədov ölüb, 8 nəfər yaralanıb. Yaralılar Salyan rayon Xəstəxanasına yerləşdirilib. Onlardan 7-nin vəziyyəti normal, birinin durumu isə ağır stabil qiymətləndirilir. Yaralı Adəm Ramazanov kəllə-beyin travması ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Mikroavtobusun sərnişinləri Şirvan şəhər İdman Məktəbinin sərbəst güləş üzrə yeniyetmələrdən ibarət komandasının üzvləri olub. Onlar Cəlilabad rayonunda təşkil olunan turnirə qatılmaq üçün gedərkən qəzaya uğrayıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ölən idmançı avtomobilin sürücüsü və məşqçi Samir Əhmədovun əmisi nəvəsidi. ONA


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43