Ölkə futbolu

“Neftçi” və “Turan Tovuz”dan qələbə

Azərbaycan Premyer Liqasında 5-ci turun oyunları davam edir.

İdmanxeber.az xəbər verir ki, bu gün üçün nəzərdə tutulan 2 matçdan artıq 1-i başa çatıb. “Turan Tovuz” “Şamaxı”nın qonağı olub. Tovuz təmsilçisi görüşdə 1:0 hesabı ilə qalib gəlib.

Günün digər oyununda “Neftçi” “Sumqayıt”ı qəbul edib. Oyun evsahibi komandanın qələbəsi ilə başa çatıb – 3:0.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 oyunla yekun vurulacaq.

3 sentyabr (şənbə)

16:00. “Şamaxı” – “Turan Tovuz” – 0:1

Qol: Runi Eva, 84
Hakimlər: Rauf Allahverdiyev, Namiq Hüseynov, Cəmil Quliyev, Elvin Bayramov
Şamaxı şəhər stadionu

20:30. “Neftçi” – “Sumqayıt” 3:0

Qol: Ataa Caber, 19, Emin Mahmudov, 54 pen., Rəhman Hacıyev, 76
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”


Hakimlər:
 Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov
“Bakcell Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43