Ölkə futbolu

“Kəpəz”də qarışıqlıq: Əhmədov onları özü ilə aparır, narazılıq başlayır

“Kəpəz”i çalışdırıcaq Tərlan Əhmədovun köməkçiləri müəyyənləşib.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, Vidadi Rzayevlə Ceyhun Tanrıverdiyev təcrübəli mütəxəssislə birgə çalışacaqlar. Rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.

Ancaq məsələ burasındadır ki, Əhmədovun bu seçimi Gəncə futbol ictimaiyyətində birmənalı qarşılanmayıb. Şəhərin futbol veteranları baş məşqçinin köməkçilərinin “Kəpəz”də çalışmasını istəmirlər. Məşqçi təyinatlarının hələ də açıqlanmamasının əsas səbəbi kimi bu ehtimal olunur.

Qeyd edək ki, dörd turdan sonra aktivində xalı olmayan “Kəpəz”də baş məşqçi Yaşar Vahabzadə istefaya göndərilib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43