Kateqoriyasız

“Şamaxı”dan “Neftçi”yə cavab: “Biz buna razılaşsaydıq…”

“Bizə təxirəsalınma təklif olunmamışdı. Yerdəyişmə təklif olundu, biz də razılaşmadıq”

Bu sözləri İdmanxeber.az saytına “Şamaxı” klubunun mətbuat xidmətinin rəhbəri Yusif Hüseyn deyib. O, daha sonra belə davam edib:

“Burada azarkeş, meydan amili əsas rol oynadı. Biz bu təkliflə razılaşsaydıq, 20 gün sonra yenidən öz meydanımızda oynamalı idik. Üstəlik, görüşə maraq böyük idi, stadion tam dolu olacaqdı. Təkliflə razılaşsaydıq, azarkeşlərimizi küsdürə bilərdik”.

Qeyd edək ki, daha əvvəl “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü çərçivəsində “Neftçi” “Rapid” səfəri öncəsi Misli Premyer Liqasının ilk turunda “Şamaxı” ilə qarşılaşmanın təxirə salınmasi ilə bağlı PFL və “Şamaxı” klubuna müracitə etdiklərini bildirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43