İdman

“Səbail” də Antalya toplanışını başa vurdu

Yanvarın 20-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Səbail” hazırlığı başa vurub.

İdmanxeber.com-un klubun “facebook” səhifəsinə istinadən yaydığı xəbərə görə, Samir Əliyevin komandası artıq Bakıya qayıdıb.

Qeyd edək ki,  “Səbail” hazırlıq müddətində  Bolqarıstanın “Lokomotiv”inə 1:3 hesabı ilə uduzub, “Çernomorets” (Ukrayna – 0:0), “Napredak”la (Serbiya – 1:1) və “Seniça” (Slovakiya – 2:2) ilə  heç-heçə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43