Kateqoriyasız

“Seçmə mərhələdə qələbə qazanmaq mümkün olmayacaq” – De Byazi

Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi yığmamızın DÇ-2022-dəki şanslarını dəyərləndirib.

65 yaşlı mütəxəssis “Biancocelesti” telekanalına açıqlamasında deyib:

“Əlçatmaz rəqiblərlə eyni qrupa düşdüyümüzü nəzərə alsaq, təəssüf ki, seçmə mərhələdə qalib gəlmək mümkün olmayacaq. İlk iki yeri Portuqaliya və Serbiya yığmaları tutacaq. 3-cü yer uğrunda mübarizə isə Lüksemburq və İrlandiya arasında gedəcək. Biz beşinciyik və bu pilləni tərk etmək çox çətin olacaq. Bu cür qruplarda yalnız anonimlikdən xilas olmaq üçün mübarizə apara bilərsiniz”.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi 0 xalla sonuncudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43