İdman

“Səmədov hər zaman “mümkün deyil” deyərdi, ancaq Şeydayev bizi seçdi”

“Biz 2015-ci ildə milliyə yeni baş məşqçi axtaranda komandaya namizəd 10 məşqçidən 6-sı bizim təklifi yalnız bir şərtlə qəbul edəcəkdilər. Onlar öz ölkələrində yaşamaq şərti ilə bizim təklifimizə “hə” deyirdilər. Ancaq Prosineçki belə deyildi. Biz ona təklif göndərəndə onun ilk  istəyi ailəsinin də bizim ölkəmizdə yaşaması oldu. Bu da bizi sevindirdi”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov “Xəzər TV,”də yayımlanan “Futbol Saatı” verlişində deyib.

Qurum rəsmisi Ramil Şeydayevin milliyə necə dəvət olunmasından da danışıb:

“Biz Aleksandr Səmədovla da danışdıq. O hər zaman bizə deyirdi ki, “mümkün deyil”. Şeydayev isə hər dəfə bizə az da olsa ümid verirdi. O çox ağıllı oğlandı. O həmişə deyirdi ki, “1 ilimi itirmək istəmirəm”. Şeydayev fikirləşdi və millimizdə oynamaqla bağlı qərarını verdi. Əgər Şeydayevə Rusiyada şans versəydilər o, bu ölkənin əsas millisində oynayardı”.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43