“Sumqayıt” məşqçilər heyətində yeni təyinat baş tutub.
İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, serbiyalı fiziki hazırlıq üzrə mütəxəssis Qoran Başiçlə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 38 yaşlı məşqçi karyerası ərzində ölkəsinin “Voyvodina”, Taylandın “Buriram Yunayted” klublarında və Serbiyanın U-18 millisində çalışıb.