Kateqoriyasız

“Qəbələ”nin futbolçusu ağır zədə aldı

“Qəbələ”nin futbolçusu İlkin Qırtımov Macarıstanda “Fehervar”a qarşı ilk oyununda ağır zədə alıb.

İdmanxeber.az-ın məlumatına görə, rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb. Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. Qırtımov meydanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab bərabərdir – 1:1.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43