Kateqoriyasız

“Shusha Chess 2022”: Bu gün daha 4 tur keçiriləcək

Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası (AŞF) və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən beynəlxalq şahmat turniri davam edir.

İdmanxeber.az xəbər verir ki, yarışın ikinci günündə rapid üzrə daha 4 tur oynanılacaq.

“Shusha Chess 2022”

II tur

Kişilər 

Vidit Santoş Qucrati (Hindistan) – Qədir Hüseynov
Rauf Məmmədov – Şəhriyar Məmmədyarov
Vanq Hao (Çin) – Rüstəm Qasımcanov (Özbəkistan)
Pərham Maqsudlu (İran) – Vasif Durarbəyli
Mustafa Yılmaz (Türkiyə) – Teymur Rəcəbov

İlk turu qələbə ilə başa vuran Məmmədyarov, Durarbəyli və Qucrati hərəyə 2 xala sahibdirlər. Rəcəbov, Məmmədov, Maqsudlu və Qasımcanovun 1 xalı var. Hüseynov, Vanq Hao və Yılmazın isə xalı yoxdur.

Qadınlar

Xanım Balacayeva – Günay Məmmədzadə
Kübra Öztürk (Türkiyə) – Nana Dzaqnidze (Gürcüstan)
Gülnar Məmmədova – Meri Arabidze (Gürcüstan)
Jolanta Zavadska (Polşa) –  Ülviyyə Fətəliyeva
Gövhər Beydullayeva – Marsel Efroimski (İsrail)

Dzaqnidze ilə Öztürk hərəyə 2, Məmmədzadə, Fətəliyeva, Beydullayeva, Balacayeva, Efroimski, Zavadska 1 xal hasil edib. Məmmədova ilə Arabidzenin xalı yoxdur.

Qeyd edək ki, “Shusha Chess 2022” sentyabrın 24-dək davam edəcək. Ayın 23-dək rapid, sonuncu gündə isə blits görüşləri keçiriləcək. Həm kişilər, həm də qadınlar arasında qalib iki mərhələdə toplanan xalların cəminə əsasən müəyyənləşəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43