İdman

Şimali İrlandiya millisində ciddi itki

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan doğma meydanda Şimali İrlandiya millisini qəbul edir (0:0).

İdmanxeber.com-un  məlumatına görə, hazırda davam edən matçda Şimali İrlandiya yığması itki ilə üzləşib.

Görüşün 24-cü dəqiqəsində komandanın müdafiəçisi Qaret Makkoli zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu Nial Makginlə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43