Ölkə futbolu

“Simurq”un baş məşqçisi: “Şans “Xəzər Lənkəran”ın tərəfində idi”

Topaz Premyer Liqasının XI turunda “Simurq” səfərdə “Xəzər Lənkəran”a 1-2 hesabı ilə uduzdu.

İdmanxeber.com-un məlumatına görə, “Simurq”un baş məşqçisi George Çixradze məğlub olduğları matçı belə şərh edib:

“Məğlubiyyətə görə məyusam. Biz məğlubiyyətə layiq deyildik. Öz səhvlərimizə görə uduzduq. Futbolçular sona qədər oynadılar. Amma şanslardan istifadə edə bilmədik. Şans rəqibin tərəfində idi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43