Kateqoriyasız

“Sumqayıt”dan növbəti transfer

“Sumqayıt” Futbol Klubu bu gün 3-cü transferini rəsmiləşdirib.

İdmanxeber.com-un məlumatına görə, “gənclik şəhəri” Nodar Məmmədov, Ramazan Abbasovun ardından Aqil Nəbiyevdə müqaviləyə imza atıb. 31 yaşlı futbolçu komanda ilə 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Aqil karyerası ərzində “Turan”, AZAL, “Bakı” və “Rəvan”ın formasını geyinib. O, həmçinin Azərbaycan millisi ilə 5 oyuna çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43