“Şaadam ki, komandamız növbəti mərhələyə vəsiqə qazanmağı bacardı. “Qəbələ” ilk dəfədir belə bir uğura imza atır. Ona görə bu qələbəmizə daha çox sevinirəm”.
İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin prezidenti Tale Heydərov Avropa Liqasının ikinci təsnifat mərhələsində Serbiyanın “Çukariçki” klubuna qarşı keçirdikləri cavab matçından sonra deyib.
Heydərov qələbəni şərh edərkən daha sonra sözlərinə belə davam edib:
“Siz komandanın, oyunçuların, məşqçilərin potensialını bilirsiniz. Rəhbərlik də hər zaman onları dəstəkləyir. Bütün bunları nəzərə alsaq, yenə mərhələ adlamaq üçün potensialımızın olduğunu demək olar. Komandanı maksimum gücləndirməklə daha böyük uğurlara imza atmaq olar”.