Kateqoriyasız

“Atletik”dən “İnter”ə ilk zəng: Danışıqlara başlanıldı (ÖZƏL)

Avropa Liqasında yoluna uğurla davam edən “İnter” III təsnifat mərhələsində İspaniyanın məşhur “Atletik” (Bilbao) klubu ilə qarşılaşacaq.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, artıq Bilbao təmsilçisinin rəhbərliyi “bankirlər”ə ilk zəngini edib. Belə ki, ispanlar canlı yayımla bağlı “İnter”lə danışıqlara başlayıb.

Ötən gün edilən zəngin təfərüatları gizli saxlanılır. 

Qeyd edək ki, Avroliqanın üçüncü təsnifat mərhələsinin ilk oyunları iyulun 30-da, cavab qarşılaşmaları isə avqustun 6-da baş tutacaq. “İnter” ilk oyununu səfərdə, cavab görüşünü evdə keçirəcək


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43