Kateqoriyasız

Rəşad Sadiqov: “Bunun yükü böyük idi”

“Oyun çox çətin keçdi. İlk hissədə bizə oynamaq imkanı vermədilər. Rəqibin də pressinq etməyi oyunumuza təsir edirdi. Biz “Dinamo”ya qarşı bu cür oynamışdıq. Bu dəfə serblər bizə qarşı belə oyun nümayiş etdirdi. Ancaq tədricən oyunun nəbzini tutduq. Rəqib də getdikcə yorulurdu”.

Bu sözləri İdmanxeber.com-a açıqlamasında “Qəbələ”nin futbolçusu Rəşad Sadiqov deyib.

“Qırmızı-qaralar”ın təcrübəli yarımmüdafiəçisi Avropa Liqasının II təsnifat mərhələsində “Çukariçki”yə qalib gəldikləri oyundan danışarkən komandasının oyuna həyəcanlı çıxdığını bildirib: 

“Serblər pressinq etdiyi üçün hücuma atılmaqda çətinlik çəkirdik. Bu səbəbdən top itkilərinə yol verirdik. Bakıya məğlub durumda gəlmişdik və bunun yükü böyük idi. Biz də bunu dərk edirdik.

Komanda oyuna həyəcanlı çıxmışdı. İrəli atılıb, qol buraxsaydıq, daha sonra üç qol vurmalı olacaqdıq. Yəni, bunlar hamısı təhlükəli idi və bizi düşündürürdü. Ona görə də matça ehtiyatlı başladıq. Sadəcə bilirdik ki, qol epizodlarımız olacaq və bunlardan yararlanmalıydıq. Əsas odur ki, hər şey istədiyimiz kimi başa çatdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43