Kateqoriyasız

“Tiraspol” – “İnter” matçının başlama saatı açıqlandı

UEFA Avropa Liqasının I təsnifat mərhələsində keçiriləcək “Tiraspol” – “İnter” matçının başlama saatı bəlli olub.

İdmanxeber.com-un məlumatına görə, “Şerif” klubunun “Maloy Arena” stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 3-də Moldovada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43